Qəribə bir yuxu gördüm bu gecə mən,Qopub qaçmaq istəsəm dəbu gecədən,Bacarmadım.Gördüm məni dəfn eləyirbeş-on adam.Mən özüm dəməzarımın kənarında dayanmışam.Deyirlər ki, mənə buyur:«Düş, ölç görək qəbrini bir!»Sevinirəm:nə işıqlı, nə genişdir!Heç olmayıb bu dəsgahda evim mənim.Kimdir, belə sevib məni?!Bir xısıltı eşidirəm:– Mən qazmışam, mən qazmışam.– Seçəmmirəm, kimsən axı,– Mən – xəyanət, dostunam ki,tanımadın?– Tanımadım!..Birdən məni boğur hirsim;Qışqırıram: – «Özü qazıb, özü girsin!»Harayıma küləkləri çağırıram,Mərd əllərdən kürəkləriçağırıram.«Gəlin, gəlin: dəfn eləyək bu iblisi».O, qeyb olur, yoxa çıxır səsi-izi.Yüyürürəm dalısınca:«Hey, qoymayın onu qaçal»Ayılıram, sevinirəm: ölməmişəm...Ölməmişəm... ey dostlarım, siz arxayın...Yox, dostlarım,Xəyanəti yuxuda da yaxalayın.

Fevral, 1971

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets