Mərd igidlər nə nişanda bəllidi,Arifsənsə, gərək doğru sayasan.Səxavətdə, şücaətdə ad ala,Mən söyləyim, sən astaca say asan.

Halalsansa, vermə ömrün nə bada,Nə şərab çək, al əlinə nə badə,Pis adama yön çevirmə nəbadə,Binamusu, nanəcibi sayasan.

Bayraməli, əzbər eylə, oxu nan,Qəm ləşkəri dəldi bağrım oxunan.Ey taleyi ilahidən oxunan,Gedərgisən, günlərini sayasan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern