Ana yaşı
Daha gəlməyəcək anamın səsi,Mənə də taleyin yumruğu dəydi.
Düzü, acığıma gəlir: bəzisiSoruşur, mərhumun yaşı neçəydi?– Bilmirəm... düşmüşdü saçlarına dən...... Dolaşır sualla cavab başımda.Ana kədərini yaşmıdır ölçən?Ana itirmişəm ana yaşında...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-ana-yasi
Use ← → keys to move, R for a random poem