Bülbülün səsi
Sanki onuQarlı dağlardan,Qaynar bulaqlardanÇaylar gətirmişdi, çaylar!O, quşlarla ötüşər,Buludlarla öpüşər,Azəri torpağınaKülək kimi yayılar,Yağış kimi hopardı.Onun zənguləsindənDağlar da diksinərdi,Qayalar da qopardı...İndi yoxdur, özü yoxdur,Qulağımdan getmir səsi,Haray çəkib səsi onu,Onu gəzir...Elə bil ki, yol üstündəDüşüb qalan Misri qılınc,Yüyənsiz bir Qırat olub,Onun səsi, –Onu gəzir,Onu gəzir...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-bulbulun-sesi
Use ← → keys to move, R for a random poem
More by this author
(Qızımın nəğmələri, Qızım Şəlaləyə)*Salam, salam, ay çiçəklər!
Bir ilƏli Kərimin xatirəsinə*Eh, dünən incəldi qəlbimiz
Vətən mənə oğul desəBuyruqlara sığışmayan inaddım,Çox qanadlar yorub salan qanaddım.
Aldada bilirəm özümü hərdənAldada bilirəm özümü hərdən,Özümə xoş gəlir bu qəbahətim.
Poems by other poets
Kamil paşa, kamİlliyinə min barəkallah,Etdin nə gözəl millətini xürrəmi xendan.
YaxşıdırQüdrətən sən bir məclisə varanda,Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.
SöhbətQolumda saat, bir günYerimə girdim,
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.