Qolumda saat, bir günYerimə girdim,Qulaq asdım saata:Çıq-çıq, çıq-çıq...Ürəyimə fikir verdim:Tuq-tuq, tuq-tuq...Saat,Dedi ürəyə: – Dincini al,Bir az yat!Yorulmusan!Çoxdanmı qurulmusan?Görürəm səsin küt gəlirArabir.Ürək, bərk-bərk başladıVurmağa,Dedi – ÖyrənməmişəmSaat qardaş, qurulmağa.İncidiyim olub,Küsdüyüm olub,Sındığım olub,Vurulduğum olub,Amma qurulduğum olmayıb.Yavaş vursam da,Bərk vursam da,Bəzən seyrək vursam da,Buyam, beləyəm,Qurulmayan ürəyəm!Burulsaydım, qurulsaydım,Sənin kimi adım saat olardı.Ciblərdə,əllərdə,hər yerdəYerim rahat olardı.Mən qurulmamış,Əl vurulmamış,Döyünürəm.Bununla da saat qardaş,Öyünürəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets