Bakı
Göy sularda yelkən açan gəmilərAğ göyərçin ləpələrlə öpüşər.Duman qalxar Xəzərimdən hər səhərQatar-qatar qağayılar ötüşər,Üfüq yanar,Al boyanar Bakımız!
Bakıya bax başdan-başa yaraşıq,Qurban olum alovuna, oduna.Öz Bakıma aləm aşıq, mən aşıq,Odlar yurdu çox yaraşır adına,Qədim qoca,Başı uca Bakımız!
Abşeronun oxşarı var hilala,Buruqların sulardadır meşəsi.Görən deyir, əhsən burda calala!Qoy eşitsin bütün aləm bu səsi:Adlı, sanlı,Sən ey şanlı Bakımız!
Axşam olar günəş yığar telini,Yanar Bakı gecəsinin işığı.Gənclər tutar bir-birinin əliniQoca Bakı, salamlar hər aşığı,Ey işıqlı,Yaraşıqlı Bakımız!
Maral gözlü qızları var həyalı,Oğlanların boyu bənzər çinara.Başdan alar hər baxanda xəyalı.Çox elçilər gəlir bizim diyara,Sözlü, sazlı,Xoş avazlı Bakımız!
Hərdən coşur dəli xəzri qal olur.Yaman şıltaq qılığı var Bakının.Hərdən susur, quzu kimi lal olur,İstisi var, ilığı var Bakının,Sərin yeli,Xoşbəxt elli Bakımız!
Suya düşür söyüdlərin salxımıSahilində mahnı səsi, tar səsi.Bakı, Bakı şöhrətisən xalqımın,Fərəhimsən qədim, odlar ölkəsi!Ey hünərli,Göy xəzərli Bakımız!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-cabbarzade-baki
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Neçin ah eylədin, ey bülbüli-nalani-vətən,Yaduva düşdü məgər hali-pərişani-vətən?
Altımız üstdən bilinirAdamın yaxşısı yaxşı, pisi pisdən bilinir,Necə ki, düz cavabın qiyməti testdən bilinir.
Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlibMaşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib,Ləbini mürdeyi-sədsalə görüb canə gəlib.
Yaz“Heydərbaba!” yaz günəşi parlayır,Gülə dolmuş yaşıl bağlar, göy çayır.