Bir il
Əli Kərimin xatirəsinə
Eh, dünən incəldi qəlbimizyuxa kimi,Biz dünən bir ili qatladıqsoyxa kimiGöz yaşımızı büküb qatladıq.Dünən – bir insan üstündənil adladı,Dünən əfsanələrə etiqadlar daİnamından üzdü əlini,
O, daha keçdi ömrünHəyat adlı sahilini.Keçdi ölüm sahilinə.Bir addım məsafədəO, bizdən min il,milyon il uzaq.Bir itən səs ki,Daha geri qayıtmayacaq.Nə fərqi, dünən batıb,Ya Nizamidən min il qabaq...Bir il!Nə qəribə adətdi –Bir il!Ən ülvi hörmətdi –Bir il!Bir il onun gəlişinəgüman olar.Ölənin ilindən sonrakıölümü yaman olar.Daha haqqı çatmaz onun:«Qılıncımı paslatmayın» deməyə.«Atımı yəhərləyib satmayın»deməyə.«Evimdə toy-büsat qurmayın» deməyə.«Yerimdə yatıb durmayın» deməyə.Adətlər haqq verər:Gəlin qara yasdanÇıxmağa izn istəyə,Adətlər haqq verər:Qaynata, qaynanaGəlinə uğur deyə:Yeni yuvaya uçur, – deyə.Adətlər haqq verməz:Bir qəbrin qısqanclıqhissiylə yanmağına.Adətlər haqq verməz onunkiminsə yolundadayanmağına.Bir ildən sonramı başlayargedər-gəlməz?Gedər-gəlməz!Bəs varmı görəsəngələr-getməz,ölər-itməz,itər-ölməz qanunları?«Var!» deyirəm öz-özümə.
Bəs biz nəyik!Bəlkə eləXaqaninin, Nəsimininzərrəsiyik.Yoxsa, axı nəyə gərəkBu havayı gediş-gəliş?Hardasa göyərir yəqinSönüb gedən bir yüksəliş.O da tez öldü yəqintez doğulmaq üçün,Daha tez –daş torpaq,ot-ağac,su – bulud olmaq üçün.Harda həyat başlanırölüm bağışlanır.Harda ölüm başlanırHəyat bağışlanır.Bu, məlum fəlsəfə...Bu, məlum səfsəfə, –deyərək duruxdum.Birdən elə bil mən də yoxdum.Bir arsız «pəh-pəh»dəndiksindim.Bir dəli qəhqəhdəndiksindim...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-bir-il
Use ← → keys to move, R for a random poem