(Qızımın nəğmələri, Qızım Şəlaləyə)

Salam, salam, ay çiçəklər!Göy çəmənlər, ağ çiçəklər!Bayrağımı yellədirəm,Buludlara əl edirəm.Ağacları səsləyirəm,Yamacları səsləyirəm.Ey maşınlar, dayanın bir,Bu gün axı nümayişdir!Küçələrdən axın-axınGedənlərə baxın-baxın...Necə bəzənib küçələr,Küçələrdə gör nə qədərAdam vardır, gülür hamı.Salam, salam, May bayramı!Mən də səni təbrik üçünNümayişə çıxdım bu gün.Bir əlimdə çiçəyə bax,Bir əlimdə kiçik bayraq.Salam, salam, ay ulduzlar,Uzaq-uzaq, ağ ulduzlar.Bu gün bizə gəlin qonaq!Bu gün fişəng atılacaq!Bu gün axı yer üzünüGəzə-gəzə bir May gəlib,Ölkəmizə bir May gəlib!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring