Andım, yoxdu – bu urvadı, bu duzdu.Andın varsa – quruşdan da ucuzdu.Bir uduşda bir taleyi, uduzdun,Qumarına: Mübarəkdi! – deyirəm.

Söz süfrəmdə Günəş dilim, Ay dilim,Dərələrə qol paylayan çay dilim.Çox güvənib, çox ötüşdün, ay dilim,Qabarına: Mübarəkdi! – deyirəm.

Dəli dalğa necə öpür qayanı!Eşqi öpür, hirsi çapır qayanı.Məhəbbətin donqar, çopur qayanı,Tumarına: Mübarəkdi! – deyirəm.

Yenimlər də, dönümlər də yel atlı,Öz adından öz əhdinə yol atdın,Bir ürəkdə iki hökmə qol atdın,Qərarına: Mübarəkdi! – deyirəm.

Bir də ömür o dəmlərə tuş olmaz,Səma olar, bulud olmaz, quş olmaz.Haray çəkib haraylara qoşulmazHavarına: Mübarəkdi! – deyirəm.

Pitsunda,5 oktyabr 1983

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets