Dindirmirsən, könül bağı xəzandır,Bülbül küsən bağ nəyimə gərəkdir?De, bir can ki, can almaya sevgidənMin il qalsa sağ – nəyimə gərəkdir?

Sevib-seçdi əhdə sadiq yar hamı,Könül verdim mən özgə bir yaramı?Sən su səpib alışdırdın yaramı,Ta gurşad ol, yağ – nəyimə gərəkdir?

Könül, doldur məhəbbətdən badə sən,Ver ömrünü eşq yolunda bada sən.Ömrü boyu sinəsində bad əsənNobaharsız dağ nəyimə gərəkdir?

Sən Günəşdin, mən nur alan Yer idim,Sən atəşdin – bu atəşçün yeridim.Həsrətindən şama döndüm, əridim,Ölsəm daha ağ nəyimə gərəkdir?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love