Sağlığımda...
«Sağlığında qiymət verin insanlara»Cabir NOVRUZ
Göz yaşını tök sinəmə – dəfn elə,Ağlayırsan – sağlığımda ağla sən.Qəhrin varsa, sağlığımda qəhr elə,Ağlayırsan – sağlığımda ağla sən.
Varmı indi ahdan yanan Kərəmlər,Odu odla söndürəcək Sənəmlər?Bir də çətin ələ düşə bu dəmlər...Ağlayırsan – sağlığımda ağla sən.
Gedən gedər, qəmi qalar bir içim,Fərqi yoxdu: ya üç mini, ya üçü...Məzar üstə çoxu ağlar görk üçün,Ağlayırsan – sağlığımda ağla sən.
Qorx ki, sabah qəbirlər də çapıla,«İnciləşən» göz yaşları qapıla,Göz yaşları alverçisi tapıla,Ağlayırsan – sağlığımda ağla sən.
Ölüm odur – başda oturt, baş olmur,Sağlıq odur – təriflərə aş olmur.Daşa da bük, daşı da bük– daş olmur,Ağlayırsan – sağlığımda ağla sən.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-sagligimda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Death
چهارم مرد موبد گفت کاین رازبه شخصی مانَد اندر حجله ناز
SalmasGəzdim İsfahanı,Vanı, İranı,İndi də qalıbdı ay ağa Salmas1.
Xabgahi-mövta, ilhamati-əmvat...S.İbrahimov qardaşıma*Yol yapılmaq məqsədilə böyük kəlisanın ətrafı qazılır. Qazılan və təsviyeyi-türabiyəsi icra olunan yerlərdən isə, əbədiyyətə qarışmış olan fani insanların gəmikləri və yazılı daşları çıxır. Dünkü gün bu məzaristani-pərişandan keçdiyim zaman ənqazi-əmvat olan “ə’zayi-rəmimə” (çürük gəmiklər), bilxassə açıq qalan dişlər mənə sanki əzəməti-əbədiyyəni, ehtişami-fənanı oxuyub dururlardı. Bu əsnada bu həqiqəti-zəhrin müxəyyələmdə aşağıdakı şe’rləri yaratmışdı.
Ölməkmi, yaşamaqmı?Bir an susmaq sərin torpaq altında,Qurtulmaq bu ağır, sonsuz zillətdən.