Salmas
Gəzdim İsfahanı,Vanı, İranı,
İndi də qalıbdı ay ağa Salmas1.
Zənbur2 cəhd eyləyər, dolanar şanı,
Pərvanə cismini a yağa salmaz.
Dost gərəkdi yaxşı dostu sınaya,
Göydən yerə endi neçə sin aya.
Məhəbbət xəncərin qoysa sinaya,
Dost dostu öldürüb ayağa salmaz.
Bilirsənmi danışıram nə sarı,
Bəxt yatanda şan çəkərmi nəs arı?
Sınıq könlüm, nə viran ol, nə sayrı,
Qəssad qəsd eyləyib ay ağa salmaz.
Abdulla, namazın keçdi qəzaya,
Mənim məzarımı kimlər qazıya,
İgid tuş gələndə qəhri-qəzaya,
Dost yapışar əldən ayağa salmaz.
1 İranın Qərbi Azərbaycan ostanında şəhər
2 Arı
Kitabxana.az · https://kitabxana.az/en/works/usta-abdulla-salmas
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Füzuliyi-nalanın əş'arını təsdis*1
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənəKönül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.
Mən türkəmSən bizi aldatdın illərdən bəri,Mən çərxi-fələkdən dərs götürmüşəm.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,