Ovçusan, gəzirsən dağ damanında,Sən Allah, öldürmə sayadam məni.Mən gəzirəm Leyli-Məcnun ünündə,Salma nəzərindən, sayadam məni.

Gəzdim, seyr eylədim adam içində,Dəryayi-mühitəm adam içində,Sayıl olub gəzsəm adam içində,Seçər el içində say adam məni.

Abdullayam, qaldım yasın içində,Yaradan saxlasın yasin içində,“Əlif”,” lam” oxudum Yasin içində,Yetişdim, öyrəndim, sayad “əmmə”ni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets