S.İbrahimov qardaşıma

Yol yapılmaq məqsədilə böyük kəlisanın ətrafı qazılır. Qazılan və təsviyeyi-türabiyəsi icra olunan yerlərdən isə, əbədiyyətə qarışmış olan fani insanların gəmikləri və yazılı daşları çıxır. Dünkü gün bu məzaristani-pərişandan keçdiyim zaman ənqazi-əmvat olan “ə’zayi-rəmimə” (çürük gəmiklər), bilxassə açıq qalan dişlər mənə sanki əzəməti-əbədiyyəni, ehtişami-fənanı oxuyub dururlardı. Bu əsnada bu həqiqəti-zəhrin müxəyyələmdə aşağıdakı şe’rləri yaratmışdı.

Keçərkən dün təsadüf eylədim: köhnə məzar üzrə –Təhəccür eyləmiş tarixi gördüm rəhgüzar üzrə.Şu daşlar kim, yazılmış hər biri tarixi-ibrətdir,O məqbər daşları həp tərcümani-hali türbətdir.Mürurilə dühurun cismlər olmuşsa da fani, –Yazılmış sənglər baqi, birər tarixi-insani.Əvət: baqi qalan daşlardı, fanidi bütün başlar,Bütün dillər, bütün üzlər, bütün gözlər, bütün qaşlarBəşər tarixini dilsiz duran daşlar deyirlərdi,Bəlağətkar səssizliklə parlaq söyləyirlərdi.İşıqlı gözlərə mövtün əli torpaqlar atmışdı,Bu ol gözlərdi ki, xilqət əzəl parlaq yaratmışdı!Bütün gözlər işıqsızdı, baxışsızdı, süxənsizdi,

Cahandan bir kəfən geymiş bəşər şimdi kəfənsizdi!Dodaqsız dişlər üstündə dururdu bir bəyaz xəndə,Nə müstəhzi gülüşlərdi həyata qarşı mədfəndə!Bütün gözlər türabalud ikən də xakizarında,Təbəssümdari-istehza idi dişlər məzarında!Bu matəmgahi-dünyaya gülürdü sanki ölmüşlər,Yer üstündə bəşər ağlar, güllər xakə gömülmüşlər.O ləhzə vəqfəgiri-heyrət oldum qəbrgah üzrə,Qaranlıq çökdü gördüm ki, güzərgahi-nigah üzrə –Bütün dünya qaranlıqlaşdı, fikrim parladı, lakin –Durub baxdım yer ilə göylərə məbhutü pək sakin:Yenə yerlər o yerlərdi, yenə göylər o göylərdi,Yenə bağlar yerindəydi, solan ancaq çiçəklərdi.Zəmin eyni zəmindi, sərsəri gəzməkdə, dönməkdə,Gəhi rəngin baharara, gəhi solğun görünməkdə.Gəhi bakir çiçəklər anladır gülüzlü əbkarı,Dönər bir tairi-ilhamkarə şair əfkarı.Gəhi bir inqilabi-qönçəsuz ilə səma ağlar,Ölür çünki yer üstündə bu parlaq canlı yarpaqlar!Bəşər də bir müvəqqət gül, cahanda bir zaman parlar,Sönər bir gün baharı, son iqamətgahı torpaqlar!Günəş o, ulduz o, ay və o yenə boşluqda sairdir,Zəmin məqbər, səma qübbə, şu ulduzlar da zairdir!Və ya ki, şəm’dir onlar, asılmış qəlbi-əflakə,Saçırlar matəmi-şö’lə bu qəbristan olan xakə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring