Nə iste’dadi-ülviyyət, nə də ürfanımız vardır,Dəyərsiz, xeyirsiz yüz min sürü nadanımız vardır.

Deyil inkarı qabil, pək bəidiz adəmiyyətdən,Çox azdır bizdə insan, çox da, çox heyvanımız vardır!

Bu iblisanə işlər kim, görürsən qılma istiğrab,Əvamünnas söylər ki, “bizim şeytanımız vardır”.

Nə kəsb etdik, bəradər, göstərin, bazari-sevdadə?Bəsirətlə baxarsaq, pək böyük xüsranımız vardır.

Bütün əfradımız laf vurmada insafü vicdandan,Fəqət, heyhat!.. Nə insafü nə vicdanımız vardır.

Maarif əhlini təkfirə hər an hazırız, lakin –Səzayi-xəndə bu, nə küfrü nə imanımız vardır.

Yədi-cühhalə olduq, ah, gərdəndadeyi-təslim,Xəzəflə dürrü vəznə əldə nə mizanımız vardır.

Deriz məqsudumuzdur Kə’beyi-ülyayi-hürriyyət,Fədayi-rahi-hürriyyət, nə bir qurbanımız vardır.

Könül istər ki, könlüncə bu yolda əsbran olsun,Bu çövlangahi-vase’də nə bir meydanımız vardır.

Olurmu lal xamə düşməsək biz qəbri-nisyanə,Sükut eyləmiyiz madam tən ilə canımız vardır?

Biz ol tutiləriz kim, şəkkəristani-maarifdəBəqayi-nam üçün əsarımız, dastanımız vardır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets