Vardı kuyində, xoş ol dəm ki, nigahbanlığımız
Vardı kuyində, xoş ol dəm ki, nigahbanlığımız,Bu gədalıqda idi aləmə sultanlığımız!
Ağla hicran günü, ey mərdümi-çeşmim, gecələr,Bir səhər güldürəcəkdir bizi giryanlığımız.
Yarə can verməyə yol vermədi kuyində rəqib,Nəzr qıldıqsa, qəbul olmadı qurbanlığımız.
Fariq olsaq, nola məcmuyi-pərişanlıqdan,Bağlıdır türreyi-canana pərişanlığımız.
Ləbi-canan var ikən çeşmeyi-heyvan sevirik,Adəm olsaq, bizə yetməzmi bu heyvanlığımız?
Ey könül, indi vüsal aləminin qədrini bil,Bir səmər verməyəcək sonra peşimanlığımız!
Gərək insanlığa dair çalışaq, Vahid, əgərİstəsək, aləmə məşhur ola insanlığımız.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-vardi-kuyinde-xos-ol-dem-ki-nigahbanligimiz
Use ← → keys to move, R for a random poem
More by this author
Bir arzudə yoxam vəsli-yardən qeyri,Nə zövq bülbül üçün laləzardən qeyri.
Gözəlim, varmı bir aşiq sənə məndən qeyri?Gözəlim, varmı bir aşiq sənə məndən qeyri?Ölərəm, baxsam əgər bir gülə səndən qeyri!
Sevgilim, bülbülə olsaydı gülün imdadıSevgilim, bülbülə olsaydı gülün imdadı,Bülbülün aləmi ağlatmaz idi fəryadı.
Gəldim vüsali-yarə yetəm fürsət olmadıGəldim vüsali-yarə yetəm fürsət olmadı,Bir dəm doyunca söhbət edəm, qismət olmadı.
Poems by other poets · Love
Məni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
Xoş xəbərdimiAğrın alım, namə, söylə eşidim,Bizə gətirdiyin xoş xəbərdimi?