Gözəlim, varmı bir aşiq sənə məndən qeyri?
Gözəlim, varmı bir aşiq sənə məndən qeyri?Ölərəm, baxsam əgər bir gülə səndən qeyri!
Könlümü qan eləyən varmı bu aləmdə məgər,Bir sənintək üzü gül, qönçədəhəndən qeyri?
Özgə bir dilbər ilə könlüm açılmaz sənsiz,Nə gərək bülbüli-şeydayə çəməndən qeyri?
Özgələr ləzzəti-vəslinlə səfalər çəkdi,Mənə hicrin nə verib dərdi-mühəndən qeyri!
Dərdi-hicranını da könlümə tapşırdı fələk,Əlimi daməni-vəslindən üzəndən qeyri.
Ləblərin nəşəsini piri-muğandan xəbər al,Badə zövqün nə bilir rindi-kühəndən qeyri?
Vahid, aləmdə bir insanlığa xidmət qalacaq,Varmı bir şey aparan qəbrə kəfəndən qeyri?!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-gozelim-varmi-bir-asiq-sene-menden-qeyri
Use ← → keys to move, R for a random poem
More by this author
Lap gətirdin məni, ay fərsiz oğul, təngə, zara,Bir təhər dürt özünü sən də bu kolxozbazara.
Poçtalyonun şikayətiAy Kirpi, mənim dərdimi yaz fürsət olanda,Poçtalyonu da al nəzərə növbət olanda.
Ehsan aşiqiİndi ölənin, Kirpi dayı, hörməti yoxdur,Ehsansız olan məclisin heç ləzzəti yoxdur.
Təmir edən olsaZəhləm gedir, ay Kirpi, qaranlıq gecələrdən,Gəl bir gecə keç sən də bu bərbad küçələrdən.
Poems by other poets · Separation
Vaxtsız əcəl, get o yanda dayan, dur,Qürbət eldə can vermərəm ölümə!
Ey dil, həzar şükr, xəbər gəldi yardənEy dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
QəriblikMus: Oqtay Kazıminindir*Mən könüllü bu yerlərə yol aldım,