Bir arzudə yoxam vəsli-yardən qeyri,Nə zövq bülbül üçün laləzardən qeyri.

Vətəndə möhnətə bir çarə tapmadı Məcnun,Diyari-qürbətə yalnız fərardən qeyri.

Nə cami-Cəm qalıb indi, nə şövkəti-Cəmşid,Fəsanələrlə quru iftixardən qeyri.

Behişti-əqdəsə dönsə çəmən, nə bəhcəti var,Bizə nə zövq olur gülüzardən qeyri.

Təbii ziynətə layiq deyildir hər gülrux,Bu izzətə yetən olmaz nigardən qeyri.

Nə bir rəşadəti var Bisütunda Fərhadın,Bir əksi-Şirin ilə cuyi-bardən qeyri.

Həmidin eşqini Zöhtabdan soranda dedi:O binəvadə nə var etibardən qeyri.

Bəradərim Məcidə sən bu şeri yaz, Vahid,Səmimi dost yoxumdur Qafardan qeyri.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love