Mahnı

Gözəlim, aşiqini salma nəzərdən,Həsrətindən ölürəm, gəl bizə hərdən.Sənə çoxdan vurulub bu dəli könlüm,Neyləyim ki, xəbərin yoxdu xəbərdən.Gəl mənə naz eləmə, ay dəli ceyran,O qara gözlərinə olmuşam heyran.

Bir dönüb baxmaq ilə canımı aldın,Məni Məcnun eləyib çöllərə saldın.Mən inandım sənə, öz könlümü verdim,Məni atdın, gedib əğyar ilə qaldın.Gəl mənə naz eləmə, ay dəli ceyran,O qara gözlərinə olmuşam heyran.

Sən gəzirsən, gözəlim, qeyrilə mənsiz,Yuxu getməz gözümə bir gecə sənsiz.Özün insaf elə, ey sevgili dilbər,Hansı bülbül yaşayar bağü çəmənsiz?Gəl mənə naz eləmə, ay dəli ceyran,O qara gözlərinə olmuşam heyran.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love