Neyləsin biçarə aşiq, yar əgər yar olmasa?
Neyləsin biçarə aşiq, yar əgər yar olmasa?Xarə yalvarmazdı bülbül, eşqi-gülzar olmasa!
Məstdir ol gül hələ, qoy cövr qılsın bülbülə,Məstlikdən nifrət etməz kim ki, huşyar olmasa!
Nə gülündən bülbül ayrılmaz, nə aşiq yardən,Ortada söz gəzdirən naəhl-əğyar olmasa!
Sevdiyim canan Züleyxadan da artıqdır mənə,Yusifin qədri bilinməzdi, xiridar olmasa!
Şəmidə pərvanənin şövqün, çəməndə bülbülünKimsə bilməz, eşq dərdinə giriftar olmasa!
Eyşü işrət məclisi, əlbəttə, rövnəqdən düşər,Naleyi-ney, şuri-mütrüb, nəğmeyi-tar olmasa!
Sənəti-şer ilə, Vahid, sən də göstər bir hünər,Layiqi-təhsin deyil, kim ki, sənətkar olmasa!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-neylesin-bicare-asiq-yar-eger-yar-olmasa
Use ← → keys to move, R for a random poem
More by this author
Daim bu gözəllik o cəfapişədə qalmaz,Tünd olsa, axar qanı meyin – şişədə qalmaz.
Hər gül açıla, ol güli-rəna kimi olmazHər gül açıla, ol güli-rəna kimi olmaz,Hər aşiq olan bülbüli-şeyda kimi olmaz!
Könül mürğü səri-zülfündən, ey gül, bil, kənar olmaz!Könül mürğü səri-zülfündən, ey gül, bil, kənar olmaz!Əsiri-eşq olanlartək ona bir rəhgüzar olmaz.
Ey gül, məni sən istəsən, ömrüm hədər olmaz!Ey gül, məni sən istəsən, ömrüm hədər olmaz!Sülh olmasa, övladi-Vətən bəxtəvər olmaz!
Poems by other poets · Love
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.