Mən neylirəm o dilbəri, şirindil olmasa?
Mən neylirəm o dilbəri, şirindil olmasa?Bülbül baharə eşq yetirməz gül olmasa!
Məcnunun eşqi Leylinin artırdı şöhrətin,Qədri bilinməz idi gülün, bülbül olmasa!
Əhd etmişəm ki, hər gözələ mail olmayım,Mənsiz bəlalı könlüm əgər mail olmasa!
Dərdi-fəraqə badə özü bir əlac edər,Yoxsa bu dərdə kim dayanar, qafil olmasa?!
Canan cəfasını çəkən aşiq rəva deyil,Vəsli-nigarinə o əgər nail olmasa!
Cövr eylədikcə yar mənə, istərəm onu,El sevməz, hər ağacda bəhər hasil olmasa!
Vahid, könüldə eşqimi mən gizli tutmaram,Ürfanıma təərrüz edən cahil olmasa!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-men-neylirem-o-dilberi-sirindil-olmasa
Use ← → keys to move, R for a random poem
More by this author
Bir qələm qaşlı nigarın qəmi lal etdi məni,Xəm qılıb qəddimi, manəndi-hilal etdi məni.
Sənsiz, ey gül, demə biganələr ağlatdı məniSənsiz, ey gül, demə biganələr ağlatdı məni,Bəzi uydurmalar, əfsanələr ağlatdı məni.
Bilməm, nə etmişəm, yenə yar istəmir məniBilməm, nə etmişəm, yenə yar istəmir məni,Uymuş rəqibə nazlı nigar, istəmir məni.
Sən nəzərdən salmasaydın, ey hilaləbru, məniSən nəzərdən salmasaydın, ey hilaləbru, məni,Dami-eşqə bunca salmazdı yetən məhru məni.
Poems by other poets · Love
Mənim ərzi-halım bir təriq ilə,Söhbət salıb nazlı yarə deyən yox,
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
QəzəlGözün qurbaniyəm saqi, xəbər tut bir məlalımdan,Keçər günlər, keçər aylar, neçin çıxmaz xəyalımdan.
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...