Gəlməsə üstümə yarım mən öləndən sonra,Tutmaz aram məzarım mən öləndən sonra.

Hansı gülçöhrəni məşhuri-cahan eyləmədim,Qoy desin şanlı diyarım mən öləndən sonra?!

Gördüyüm hər gözəli şövq ilə təsvir elədim,Sən də xatırla, nigarım, mən öləndən sonra.

Vətənə, xalqa çalışdım, əbədi xidmət edəm,Solmasın bağü baharım mən öləndən sonra.

Aşiqəm sənətə, şerə və gözəl musiqiyə,Dillən, ey sevgili tarım, mən öləndən sonra.

Vahidəm, qaldı sözüm dəhrdə bir dürr kimi,Yaşayar eldə şüarım mən öləndən sonra.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love