Ey könül, var bu ziyafətdə şərafət bu gecə
Ey könül, var bu ziyafətdə şərafət bu gecə,Bir gözəl növrəs üçündür bu ziyafət bu gecə.
Xəlqimiz qüssəyi-qəmdən uzaq olsun, yarəb,Bu səfa məclisinə yetməsin afət bu gecə.
Toplaşıb bir yerə dost-aşna, hamı xatiri şad,Gül, danış sübhə kimi eylə zərafət bu gecə.
Musiqi zövq verir ruhinə pəjmürdələrin,Tapacaq dərdinə hər şəxs şəfaət bu gecə.
Yusifi-Misr, sanırsan ki, Züleyxayə görəQurdurub izzət ilə təxti-xilafət bu gecə.
Olmamış bir kəsə dünyada müyəssər belə toy,Hamı şadlıqla olur məclisə dəvət bu gecə.
Bu gözəl məclisə bir şer yazarsan, Vahid,Sən də göstərməlisən xəlqə nəzakət bu gecə.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-ey-konul-var-bu-ziyafetde-serafet-bu-gece
Use ← → keys to move, R for a random poem
More by this author
Baş tutmadı hitlerçilərin hiyləsi, rəngi;Gəl indi düşündür bu dəbəng oğlu dəbəngi.
Peşmanam indiHitler deyir:*Hərb etməyimə it kimi mən peşmanam indi,
HitlerinEl tüpürür vicdanına Hitlerin,Qorxu düşübdür canına Hitlerin.
Hitler deyir:Axtarasan bu dünyanı hər tərəf,Olmaz özümtək hələ bir bişərəf.