Mən heç nəyə,heç kiməhəsəd aparmadım;bir gün, bir an belə;bahardan başqa,bir də,nəğməli, nəğməsiz quşlardan başqa...Gənclik getdi;apardı həvəsimdən çoxunu:qollarımın girini.Eləyə bilmədim,istəkləriminonda birini.Həsəd aparmadım gəncliyə –cavansan deyə.Bilirəm onu da gözləyir qocalıq...24 ölkə gəzdim,böyüklü, kiçikli.Küçələri, meydanları,insanlarıtəmizli, çirkli.Neçə yüz ölkənigörməmişəm hələ.Atlantikdə üzdüm.Hind okeanına baş vurdum.Şimal, Cənub okeanlarınıgörməmişəm hələ.Ekvatoru keçdim.Baqorda düyü arağı içdim.Gəzdim əfsanəli Balini.Düşündüm bəşər oğlununağlı-qaralı iqbalını.Gördüm Sinqapurdasırğalı-sırğalı xurmalarınqara kölgəsini.Gördüklərim az deyil,görmədiklərim daha çoxdur.Hərdən ömrün gizli möhlətiməni qorxudur.Fikri, sözü döyənək,sətirləri kələ-kötür, dəyənəkmənəm, mən, mənçilərinhəsəd, qibtə etməlinəyi var?Bir naxışlı köynəyi,bir gülrəng eynəyi var.Ancaq,heç kəsə həsəd aparmadım,aparmıram,bircə bahardan başqa,bir də, qanadlı quşlardan başqa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets