İki əl örtdü gözlərimi.Söndü işığı dünyanın.Bu üfüqsüz,bu sahilsiz,bu dibsiz qaranlıqdasəni gördüm.Əllərin dedi mənə:gözlərinin gülüşünü,dodaqlarının, qəlbiningülüşünü.Əllərinin nəfəsi,elə yumşaq, elə ilıqdı;dedim: yəqingül üşümür.Bir ömür qalsaydım beləəllərinin bu nurlu qaranlığında;ülfətinin sərxoş qurbanlığında.Səslərdən uzaq.Rənglərdən uzaq.Əllərinin nəvazişindən başqahər cürə istəklərdən uzaq.Mümkünlərdən, gərəklərdən uzaq.Dünyadan uzaq.

may, 1966

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets