İstər yağış çiləsin,istər qızmar gün olsun,istər şaxta;bu gün də iş günüdür,sabah da.İnsanın iş günüazalsa da, çoxalsa da,insanlığın iş günü bitməyəcək.İnsan orbit-orbit gəzəcəkulduzların beşiyini.Səhralara bahar səpək!Günəş tökək yuvamıza!Qaralmasın ömrümüzünnə bir anı, nə beş günü.Ulduzlar yanır.Dəryalar dalğalanır.Tumlar cücərir torpağın qoynunda.Yer kürəmiz fəsil-fəsiltəzələyir dəyşəyini.Tükənmir kainatın iş günü.Dünən də iş günü idi,bu gün də,sabah da olacaq həyatıniş günü.Nə yorğunluq, nə intizar!Nə təqvimi müxtəlif rənglərəayıran olsun.Ömrümüz iş günü,Hər iş günümüz bayram olsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets