Səndən xəbər alım, Aşıq Ələsgər,Doqquz nədi, sənətindən xəbər ver?!Neçə doqquz bir-birinə bağlıdı,O doqquzun qüdrətindən xəbər ver?!

Doqquzu nə dildə edir söhbəti?Doqquzu doqquzdan buraxmır qəti.O doqquzda nə görübsən xilqəti?O doqquzun xilqətindən xəbər ver!

Doqquzu birləşib tapıb necə yol,Kim idi onları elədi qəbul?Necə şah, vəzirdi qarşısında qul,Nəsib deyər, hikmətindən xəbər ver!

Random poem

More by this author

Poems by other poets