Qarayola getmək çətin,Ona qara qəm gərək.Qəmliliyə həm ağ-qara,Həmi şöhrət-nam gərək.Pünhan ola pis kəslərdən,Uya aləm sirrinə.Dədələrə bir münasib,Xəlvəti bir dam gərək.

Türkdə sirli, möcüzatlıAta olar hər anı.Günçıxanla günbatandıHər atanın məkanı.Ürəkləri təpər dağı,Qəlbləri gövhər kanı.Üzü nurlu, coşqun təbli,Bilgiləri tam gərək.

Qara dünya yolçusuyam,Amma özüm ağ ata.Əllərimdə gün işığı -Dərdi, qəmi dağıda.Qalxa bir ərşi-əlaya,Könlüm istər tağ ata.Görüb İşıqlı babam,Nəsib ala nam gərək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets