And içirik bu dərəyə, bu dağa!Əcdadımız can qoyduğu torpağa!And içirik şəfəq rəngli bayrağa!Ana vətən, sənə layiq olarıq.Yağıları darmadağın salarıq.

Könüldəki sədaqətə and olsun!Düz ilqara, məhəbbətə and olsun!Bizim böyük həqiqətə and olsun!Göy üzündə açanda biz qanadı,Ərşə çıxar yağıların fəryadı.

And içirik azadlığın adına,And içirik şirin ömrün dadına.And içirik sənə, ana-qadına,Ömrümüzü elə qurban verərik.Gülə-gülə yolunda can verərik.

Anamızın saf südünə and olsun!Alqışına, öyüdünə and olsun!Zəfər adlı böyük günə and olsun!Azadlığın bayrağını hər zamanAzərbaycan qoruyacaq yağıdan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland