Bizdədir
Həyat bağçasının bağbanı bizik,Yarpağı söz açan güllər bizdədir.Bizdən ilham alır şeyda bülbüllər,Nəğməyə can verən dillər bizdədir!
Şairim! İncə söz ustadı bizik,Böyük Vaqiflərin övladı bizik.Sənət dünyasının Fərhadı bizik,Dağlara səs salan ellər bizdədir!
Dərələrdən axan gümüş bulaqlar,Göylərə baş çəkən dumanlı dağlar.Sünbüllü tarlalar, çiçəkli bağlar,Al-əlvan geyinmiş çöllər bizdədir!
Ətirli bağların sarmaşığıyıq,Elin bəzəyiyik, yaraşığıyıq.Eldən törənmişik, el aşığıyıq,Uca boylar, nazik bellər bizdədir!
İnsan sevərmi heç ruhsuz gözəli,Şairin olmasa şeiri, qəzəli.Aşığın olarmı sözü məzəli?Sazı dilləndirən tellər bizdədir!
Dünyamız nəşəylə, keflə doludur:Biz gedən doğru yol – Lenin yoludur.Qolumuz rəhbərin polad qoludur,Qüvvətdən düşməyən əllər bizdədir!
Vahidəm, qüssədən, qəmdən azadam,Xalqımın dostuyam, yadlara yadam.Bəzəkli ölkəmə baxdıqca şadam,Yaşılbaş sonalı göllər bizdədir!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-bizdedir
Use ← → keys to move, R for a random poem
More by this author
Naz edir bülbülə gül bir belə – mənası nədir?Bülbülün bəs gülü sevməkdə təmənnası nədir?
Qəm çəkmə, bülbülüm, güli-xəndan bizimkidirQəm çəkmə, bülbülüm, güli-xəndan bizimkidir,Gəldi bahar fəsli, gülüstan bizimkidir!
Demə Məcnuna dəli, bəlkə də, Leyla dəlidirDemə Məcnuna dəli, bəlkə də, Leyla dəlidir,Eşq olan yerdə bütün aqilü dana dəlidir.
Mən istəyən gözəlin saçları ipək kimidirMən istəyən gözəlin saçları ipək kimidir,Üzü çəməndə açılmış qızıl çiçək kimidir.
Poems by other poets · Nature and spring
Bir almaz göndərdim yara yadigar,Almadı almazı, bağrı daş pəri.
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
KənarındaBugün bir gözəlin seyrinə vardım,Əlində şanəsi tel kənarında.