Qəm çəkmə, bülbülüm, güli-xəndan bizimkidir
Qəm çəkmə, bülbülüm, güli-xəndan bizimkidir,Gəldi bahar fəsli, gülüstan bizimkidir!
Qoyma rəqibi zövq ala bu laləzardən,Əlvan geyimli sünbülü reyhan bizimkidir!
Biz bağbaniyik bu lətafətli güllərin,Rəna yerişli sərvi-xuraman bizimkidir!
Çoxlar səfayi-eşqilə öz növbətin sürüb,Növbət bizimdir, indi bu dövran bizimkidir!
Əğyarə söyləyin, o da çox lovğalanmasın,Biz çəkmişik bəlasını, canan bizimkidir!
Biz indi də həyatla ayaqlaşmasaq əgər,Yox kimsənin günahı, bu nöqsan bizimkidir!
Vahid maarif eşqilə tapmış şərafəti,Biz talibi-məhəbbətik, ürfan bizimkidir!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-qem-cekme-bulbulum-guli-xendan-bizimkidir
Use ← → keys to move, R for a random poem
More by this author
Təngdir qönçə dəhanın, gec gəlir avazə söz,Bir sənəmdir – nazənin, qoymuş özünü nazə söz.
Dün gecə açdı nigarım üzünü ay kimiDün gecə açdı nigarım üzünü ay kimi,Gördüm ol mahın əyilmiş qaşını yay kimi.
Səhvdir, müşk desəm türreyi-əmbər muyəSəhvdir, müşk desəm türreyi-əmbər muyə,Bu xətadır, səni nisbət qılayım ahuyə.
Bixəbərdir zahid ol kim, sərv qamətdən hənuzBixəbərdir zahid ol kim, sərv qamətdən hənuz,Vəsf edər aşiqlərə ruzi-qiyamətdən hənuz.