Bixəbərdir zahid ol kim, sərv qamətdən hənuz,Vəsf edər aşiqlərə ruzi-qiyamətdən hənuz.

Adət etmiş aşiqə tənü məlamət etməyi,Heç usanmaz zahidi-qafil bu adətdən hənuz.

Qaşların tağın görüb məscid əra mehrabdə,Baş götürməz ol səbəb zahid ibadətdən hənuz.

Qarət eylər zülfi-ruyindən ərağ dürrünü kim,Çəkməz əl ol üzü qarə oğru qarətdən hənuz.

Ləli-nabin rəngini bir dəfə cam içrə görüb,Mey dönübdür qanə, ey gül, ol əlamətdən hənuz.

Kəbeyi-taqə qaşın nisbət qılan bilməzmi kim,Ol səbəbdən düşməmiş Kəbə şərafətdən hənuz.

El məlamət daşilə hey səngisar eylər məni,Vahidəm, çevrəmdə var səngi məlamətdən hənuz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love