Bir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.Nəfsi-mənhusi üçün müttəsil hər cildə girənAşiqi-zövqü-səfa sizdə də var, bizdə də var.Sanma biganə məni xoş görünən halınıza,Toqi-zənciri-bəla sizdə də var, bizdə də var.Bigünah kəsləri mührumi-səadət eləyenQəlbsiz əhli-cəfa sizdə də var, bizdə de var.Mərifət qanmayan erbabi-rəyasət min-minQan udan əhli-ziya sizdə də var, bizdə də var.Sanma səhvən özünü mehri-məhəbbət kanı,Ədəmi mehri vəfa sizdə də var, bizdə də var.Vətənin satmayan, əhbabinə təqdim eləyənŞanlı ərbabi-səxa sizdə də var, bizdə də var.Gərçi bizlər elədik qibleyi-aləm tərkinTəzədən xan, bəy, ağa sizdə də var, bizdə də var.Müstəbidlik bəşərin mayeyi-zatində imiş,Qan içən Şümri-dəğa sizdə də var, bizdə de var.Derler ərzi-bəşər axır olacaqdır cənnətBoylə bir zənni-xəta sizdə də var, bizdə de var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love