Qış küsür küssün, fəqət məndən baharım küsməsin,Küsməsin şux dilbərim, nazəndə yarım küsməsin.

Keçməsin bir gün belə ömrüm şeirsiz, nəğməsiz,Eşqimin gül bağçasından nəğməkarım küsməsin.

Sevgilimdir bəxtimin dünyasının dan ulduzu,Tapmasam bundan gözəl söz şəhriyarım küsməsin.

Saçlarından ilk baharın ətri keçsin güllərə,Can fəda etsəm yolunda tacidarım küsməsin.

Mən Süleyman Rüstəməm, andımda möhkəm aşiqəm,Kim küsür küssün, fəqət məndən nigarım küsməsin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love