Şerin acıyam mən
Haqqımda deyirlər, dili sərtəm, acıyam mən,Şöhrətlə işim yox, təzə şerin acıyam mən.
Az-çox biliyim varsa da azdır, yenə azdır,Son mənziləcən öyrədənin möhtacıyam mən.
Mən şerimə yad paltarı geydirmərəm əsla,Əllaməliyin düşməniyəm mən, qacıyam mən.
Gördüm gecə Leylanı, Füzulini yuxumda,Leyla dedi ki, şairə yalnız bacıyam mən.
Yaz şerini, tərifi qəbul etmə, Süleyman,Hər kim desə də, sən demə şerin tacıyam mən!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-serin-aciyam-men
Use ← → keys to move, R for a random poem
More by this author
Deyirəm, əsarətdə inləyən ölkələrdə,Ürəyi dağlılara ürək, dayaq olaydım!
BeləyəmSevgilimi sevməmişəm ürəksiz,Görüşünə getməmişəm çiçəksiz.
Süleyman kimiyəmKim deyir mən bu vətən mülkünə mehman kimiyəm?Yox, bahar ömrümüzün can evinə can kimiyəm.
Təklərə meydan olmazEy qələm, yaz, yenə yaz, heç belə dövran olmaz,Havasından udan, ömründə peşiman olmaz.