Kim deyir mən bu vətən mülkünə mehman kimiyəm?Yox, bahar ömrümüzün can evinə can kimiyəm.

Toqquşur göydə buludlarla şeir dalğalarım,Şairəm, sanki bu qəlbimlə bir ümman kimiyəm.

Birdir hər yerdə mənə həm aşağı, həm yuxarı,Yox təkəbbürlə işim, sadə bir insan kimiyəm.

Gəzirəm əldə qələm şerimizin bağlarını,Qoymaram bassın alaq bağları, bağban kimiyəm

Keçmədim köhnəliyin baş qapısından içəri,Yeni şerin, yeni taxtında Süleyman kimiyəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring