Ey Vətən! Torpağın əzizdir mənə,Mən orda tapmışam səadətimi.Könüldən mahnılar qoşmuşam sənə,Çevrilib bayrağa məhəbbətimi.

Gözümü dünyaya açanda ilkinAnamı görmüşəm, səni görmüşəm.Əhdinə vəfalı bir oğul təkinDöyünən qəlbimi sənə vermişəm.

Şöhrətim ey Vətən, şanım ey Vətən,Sən məni adımı ellərə yaydın.Ürəyim ey Vətən, canım ey Vətən,Mən şair olmazdım sən olmasaydın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland