Yüngül olmaz
Hər kəsdə belə şirin dil olmaz,Hər kəlməsi bir qızılgül olmaz.Mən ki sevirəm səni ürəkdən,Bir dərdli günüm dönüb il olmaz.Hər kim yaşasa özüyçün ancaq,Xoşbəxtliyə, məncə, nail olmaz.Yansa ürəyin vətənçün, elçün,Arzun, əməlin yanıb kül olmaz.Bir gün belə olmasa yanımdaHicran yüküm heç də yüngül olmaz.Gülsən mənim eşqimin bağındaGül olmasa, bağda bülbül olmaz!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-yungul-olmaz
Use ← → keys to move, R for a random poem
More by this author
Yaxşı məclisdə könül, söhbət məhəbbətdən düşər,Dostluğa, qardaşlığa sonsuz sədaqətdən düşər.
Mənə gəlsinEy ağ günümün aynası, candan əziz oğlum,Qəlbində qanı dağ sularından təmiz oğlum.
Xəzərimin səhəriGünəş doğur, bürünür Xəzər qızıl rənginə,Qağayılar çığrışıb salamlayır günəşi.
Ağ şanıBu körpəcə meynəni, oğlum, öz əllərimləSənin əziz adına basdırıram torpağa.
Poems by other poets · Love
Ayrılıq dediyin duzlu bir sudur,içdikcə köz kimi yandıracaqdır.
Noldı sana gər yol ola divanə könüldənNoldı sana gər yol ola divanə könüldən,Yol olmış ola dünyada bir cana könüldən.
İki qəzəlHörmətli şairimiz Süleyman Rüstəmə*I
Ağlar ürəyim, səs gələr, ah-azar görünməzAğlar ürəyim, səs gələr, ah-azar görünməz.Gözdən yaş axar, qaynağı zinhar, görünməz.