Şöhrətdən düşər
Yaxşı məclisdə könül, söhbət məhəbbətdən düşər,Dostluğa, qardaşlığa sonsuz sədaqətdən düşər.Darda meydanda qaçan, ağ gündə cövlan eyləyənHər kim olsa, el içində, məncə hörmətdən düşər.Kim ki, “aləmdə təkəm mən, məndən olmaz” söyləsə,Şübhəsiz gözdən düşər, bir sözlə şöhrətdən düşər.
Olsa da məddahı minlərlə, nə qəm, tezdən də tez –Xalqına bağlanmayan sənət təravətdən düşər.Gör nə xoşbəxtsən Süleyman, ta yüz ildən sonra daMəclisində söz bu al bayraqlı millətdən düşər.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-sohretden-duser
Use ← → keys to move, R for a random poem
More by this author
Çiçək mağazasının keçərkən qarşısındanFikirlər dəryasına qərq oluram hər zaman.
ƏtəyimdədirVətən torpağının nəfəsi, ətriMənim duzumdadır, çörəyimdədir.
İki qardaşÜzeyir Hacıbəyovun və*Müslüm Maqomayevin xatirəsinə*
Gülüstan Qubadırİlk bahar bülbülünün dərdinə dərman Qubadır,Ətri xoş hər çiçəyi, hər gülü xəndan Qubadır.
Poems by other poets · Homeland
Anası bilinmir, dədəsi dörddü,Bumunun kölgəsi tutar dünyanı.
GəlmişəmGəncə dağlarından, uzaq ellərdən,Əlbəttə ki, bir murada gəlmişəm.
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
YoldadırYoldadır insanın ömrünün yolu,Sevgili dünyamız hər an yoldadır.