Vətən torpağının nəfəsi, ətriMənim duzumdadır, çörəyimdədir.Ömrümün mənası sanıram ki, mənDarda qalanlara köməyimdədir.

Ömrümdə olmadım bəxtimdən küskün,Döyün məhəbbətlə, ürəyim, döyün.Ulu babaların, şübhəsiz – bu günQüvvəti bükülməz biləyimdədir.

Gözlərim günəşli gözlərə baxdı,Nəsillər köksümə çiçəklər taxdı.Bütün yer üzünün ağ günü, baxtı,Ləkə götürməyən məsləkimdədir.

Babamdan öyrəndim mən səxavəti,Kiçiyə, böyüyə böyük hörməti.Vətən torpağının bütün nəmətiBuyurun, götürün, ətəyimdədir.

Bülbülü səsləyir çəmənə eşqim,Sağalmaz yaradır düşmənə eşqim.Süleyman Rüstəməm vətənə eşqimDodağımda deyil, ürəyimdədir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring