Üzeyir Hacıbəyovun vəMüslüm Maqomayevin xatirəsinə

İki qardaş, iki sirdaş, iki ustadlar ustadı,Bizim bu dövrün övladı, bizim bu əsrin övladı.Vətən uğrunda can qoydu, könüllərdən xəbər verdi,Bütün dünyaya car çəkdi, bu ellərdən xəbər verdi.

Bu düz sözdür, ürəklər musiqisiz olmayıb, olmaz,Üzeyirin, Müslümün sənət bağında bircə gül solmaz.İki sənətkarın eşqi yenə dillərdə əzbərdir,Bizim xoşbəxt nəsillərçin əzizlərdən əzizlərdir.Yorulmaq bilmədi onlar çətin yollar uzandıqca,Baş əydi xalqa hörmətlə böyük şöhrət qazandıqca,İki qardaş, iki sirdaş həqiqətdən yaranmışdı,Ədalətdən yaranmışdı, məhəbbətdən yaranımşdı.İki dostun adı daim günəştək parlayar, sönməz.İki dost batsa da qəm yox, bu gün torpaqlar altındaÜzeyirin, Müslümün baxtı, bütün aləm bilir, dönməz...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland