Unudulmur mənə dolu ömür sürüb ölənlər,Vətənlə bir qəm yeyənlər, Vətənlə bir gülənlər.Bərəkətli bu torpağın ən dəyərli oğludur –Çörəyini qara gündə çörəksizlə bölənlər.Vətənimin havasını uda bilməz doyunca –Vətən, millət sandığını öz cibləri bilənlər,Nə xoşbəxtdir xəyanəti, küdurəti, həsədiÖz ömrünün kitabından, lüğətindən silənlər.Ey Süleyman, elə yaz ki, sənin odlu nəğməniUnutmasın səndən sonra dünyamıza gələnlər

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland