Sönməyib
Sənə öz könlümü verdim, səni candan sevdim,Sevgimə olmaq əngəl dəli hicran, sevdim.Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab,Bu yolun yolçusutək dərdə dözüb çəkdim əzab.Sənə öz qəlbimi açdım, sənə min dil tökdüm,Eşqimə gülləri, bülbülləri şahid çəkdim.Səni sevdimsə də, heyhat, üzümə gülmədi baxt,Adına nəğmə qoşarkən gecə-gündüz bir vaxt,Elə zənn etmə ki, səndən diləyirdim sədəqə,(Eşqi dünyada, inan, istəməz heç kim sədəqə).Duymadın qəlbimi əsla, de görüm, mən nə edim?Niyə küsdün? Sənə bir güldən ağır sözmü dedim?Solmadı, yox, bu məhəbbət, bu çiçək könlümdə.Sönməyib, yox, hələ könlümdəki eşqin həvəsi.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-sonmeyib
Use ← → keys to move, R for a random poem
More by this author
Küsdü yar məndən, nəhayət, sevməyir qoy sevməsin,Eyləməz könlüm şikayət, sevməyir qoy sevməsin.
Yazmışam adınıSöyləmə, sevgilim, vəfasız mənə,Mən ki, yad edirəm hər zaman səni.
AyrılıqHicran daşı vurdun kürəyimdən,Atdın məni, atdın məni, atdın.
GözəllərXəzər sahilinə gözəllik verənGözəl şəhərimin gözəlləridir.