Noldı sana gər yol ola divanə könüldən,Yol olmış ola dünyada bir cana könüldən.

Bin qanmış ola yürəgümün qanına ləlün,Bir dəm nola gər can ləbünə qana könüldən.

Təşbih qaçan qıla bilə məşaləyi çərxBu şəmə ki, şol günəş içün yana könüldən.

Gözüm ki, dökər ləli-ləbünçün nə əcəbdür,Gör nə dökilür dişünə dürdanə könüldən.

Adəm gözi mərdanə baxar dilbərə, ziraYol var ki, xəbər irişə insana könüldən.

Bən can ilə əqlü dilü tən oynayum ana,Ki yar bən idügümə inana könüldən.

Kəndüni fəna dənizinə qərq edü qurtıl,Meylün var isə, şərbəti-heyvana könüldən.

Gər dilər isən, Misrə əziz olasın, ey yar,Gəl ki, salalum Yusifi zindana könüldən.

Gər əbri-bihari gibi giryan olur isən,İrməgə yararsın güli-xəndana könüldən.

Kəbə sana qarşu gətüri verə səfayıSımarlar isən özüni qurbana könüldən.

Maqta — the closing couplet bearing the poet’s pen name. Gözdə yeri var kim ki, gözi qanını yığmaz,Mərdümlik edüp axıda mərdanə könüldən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love