Saqi, tolu sun neçə-neçə zəhdlə pərviz,Mütrib, yenə düz nəğmeyi-tərəbəngiz.

Dil sinənə bağlandı, can asıldı ləbündən,Hər mövləvi gərək dürə bəndü şəkaraviz.

Mələkdə ağız böylə necə ola dürəfşan,Ya huridə səs böylə qaçan ola dilaviz?

Nazik tənüni biliməzəm canmı, bədənmi?Hələ sanuram bən ruhi-bədənamiz.

Xuni-cigəri gözlərüm axıdə zərurət,Çün hindu gözün aldı ələ xəncəri-xunriz.

Maqta — the closing couplet bearing the poet’s pen name. Şol lə'li-ləbün cilvə qılurisə cəhanə,Başdan-başa sürxab axıda xitteyi-Təbriz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets