Hörmətli şairimiz Süleyman Rüstəmə

I

Gəldikcə o qəmzən quşu cövlanə, gülümsər,
Göylərdə süzən qartala, tərlanə gülümsər.

Ürkək baxışın, işvəli ceyranə verər dərs,
Qönçə dodağın hər güli-xəndanə gülümsər.

Sən öylə ziya qaynağısan, ey gözəl afət,
Yandıqca o hüsnün şamı pərvanə gülümsər.

Eşqinlə könüllərdə doğan fırtına hər bir
Coşqun dənizə, dalğaya, tufanə gülümsər.

Aydan da, çiçəkdən də, xəyaldan da lətifsən,
Röya görünən hüsnünə əfsanə gülümsər.

Ziynət nə gərək, hər bəzəyin ziynəti sənsən,
Öpdükcə qara tellərini şanə gülümsər.

Qəmzən yükünü çəkməyi gəl Şaiqə tapşır,
Gənc olsa da, aldanma Süleymanə gülümsər!

II

Könül-könül ki deyirlər, üfüqsüz ümmandır,
Hər odlu dalğası bir fırtına və tufandır.

İçində bir sarayım var alovlu yaqutdan,
O qəsr içində həyatimlə eşq sultandır.

Oxu, səhər quşu, yazdır; bu şehli bağça, çəmən
Köpüklü mey kimi hey müztərib və xəndandır.
Qanımla bəslədiyim son dilək çiçəkləndi.
Önündə cilvələnən, ey könül, o canandır.

Təhəyyürün qucağında bu seyrə göz qırpmaq
Məhəbbət əhlinə uymaz, çəkin, bu nöqsandır.

Səhər nəsimi məhəbbət çölündə əsdikcə,
Bu sirli dairədə kölgələr də heyrandır.

Əyilsə qaş, saqın, ancaq o göz, o kirpikdən,
Şikarə pusquda durmuş bir ovçu tərlandır.

Qəzəllə oynama, Şaiq, sənə əsa yaraşır,
Bu ordunun yeni sərkərdəsi Süleymandır!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Hacıleylək və sərçə

Bir Hacıleylək çinar ağacının ən yuxarı budağında yuva tikmişdi. Bir sərçə də həmin yuvanın altında məskən salmışdı. Bir gün hacıleylək sərçəyə dedi:– Qonşu, sən mənim yuvamın kölgəsində yaşayırsan, mən olmasam günəş səni və balalarını yandırıb kül edər. Sərçə cavab verdi:

1 min
Tülkü və dəvə

Bir tülkü gedənlər hinə girib kəndin toyuq-xoruzunu yeyirdi. Kənd əhli bu tülkünün əlindən təngə gəlmişdi. Nə qədər çalışırdılar, onu tuta bilmirdilər.Bir gün həmin kəndin dəvələrindən biri otlaya-otlaya kənddən uzaqlaşır. Doyduqdan sonra dincəlmək üçün bir baş tülkünün yuvasının ağzında uzanır. Özü bilmədən elə uzanır ki, quyruğu yuvanın ağzına düşür. Tülkü dəvəni görüb çox şad olur, öz-özünə düşünür: “Bu ovu mənə baxtım gətirib, quyruğundan tutub bu dəvəni yuvama çəkərəm, sonra da düz bir ay ləzzət ilə yeyərəm”.

1 min
Dəvə, tülkü və qurd

Bir kəndli dəvəni o qədər işlətmişdi ki, bir dəri, bir sümük qalmışdı. Dəvənin işləməyə artıq taqəti yox idi. Ona görə də kəndli dəvəni səhrada buraxıb getdi. Dəvədə nə tərpənməyə, nə də yeməyə hal var idi. Dəvəni bu vəziyyətdə görən tülkü ona yaxınlaşdı:– Dəvə baba, bu səhrada tək başına nə edirsən? Nə üçün bu qədər zəifləmisən?

2 min
Murad

Tiflis şəhərinin yaxınlığında Kolbasan adlı kənd var idi. Bu kəndin dörd bir yanı bağlıq, meşəlik yerlər idi. Elə ki bahar olurdu, ağaclar çiçəkləyir, təpələr, yamaclar yumşaq ot və çiçəklərlə döşənirdi; rəngbərəng güllərin ətri kəndi bürüyürdü. Səhər-axşam quşların gözəl nəğməsinin arası kəsilmirdi. Bahar çağı bu kənd o qədər gözəl olurdu ki, insan baxmaqdan doymurdu.Belə tərifini etdiyimiz kənddə Bilqeys və Murad adında bacıqardaş yaşayırdı. Bilqeys olduqca mehriban və tərbiyəli bir qız idi. Hər gün bağçalarındakı tut ağacının altında palaz salardı; oyuncaq şeylərini də yığıb öz-özünə oynardı. Arabir qonşuları Səltənət də gələrdi. Hər ikisi birlikdə deyər, gülər, oynardılar; otaq bəzəyərdilər, bir-birinə qonaq gedib gələrdilər. Ayaqsayma, gəlin-gəlin oynardılar. Arabir də atası aldığı “Uşaq gözlüyü” kitabının şəkillərinə tamaşa edər və oxuyardılar. Günləri xoş və asudə keçərdi.

19106 min

Poems by other poets · Love