Bir Hacıleylək çinar ağacının ən yuxarı budağında yuva tikmişdi. Bir sərçə də həmin yuvanın altında məskən salmışdı. Bir gün hacıleylək sərçəyə dedi:

– Qonşu, sən mənim yuvamın kölgəsində yaşayırsan, mən olmasam günəş səni və balalarını yandırıb kül edər. Sərçə cavab verdi:

– Doğru deyirsən qonşu, sənin iri yuvan, iri qanadların bizə çox kömək edir, günəşin hərarətindən saxlayır. Buna görə sənə çox təşəkkür edirəm. Ancaq unutma ki, mən də olmasam, qarışqalar ağaca dırmaşıb səni və balalarını tələf edər. Mən bu kiçik dimdiyimlə onları bir-bir dənləyib yuxarı çıxmağa qoymayıram.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets