Vardır başımda şurişü qovğası dilbərin,Çıxmaz yadımdan ol qədi-rənası dilbərin.

Bənd-bənd kəsərsə cismimi, uf söyləməz dilim,Rəncidə olmasın dili-xarası dilbərin.

Zahid, nəsihət etmə mənə sən əbəs yerə,Çıxmaz başımdan eşq ilə sevdası dilbərin.

Can alsa da nə bak, o məxmur gözləri,Var zində etməyə dəmi-İsası dilbərin.

Sanma ki, tifldir, nə bilir rəsmi-eşqü-naz,Hər elmü fəndə var yədi-beyzası dilbərin.

Maqta — the closing couplet bearing the poet’s pen name. Can nəqdini əlində tutub Şaiqi-həzin,Qurban edər əgər ola iması dilbərin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love