Qəsəm ol zülfünə ki, əldə bu can olsa idi
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Qəsəm ol zülfünə ki, əldə bu can olsa idi,Ya ki bu qanə dönən qəlb nihan olsa idi.
Salar idim ayağın altına, ey sərvi-səhi,Sənə qurban edərəm min belə can olsa idi.
Muma döndərmiş idim dilbərin ol xarə dilin,Naləmi dan yeli dildara rəsan olsa idi.
Yandı dil eşq oduna yoxsa edərdim bərbadÇeşmidən xuni-dilim bunca rəvan olsa idi.
Guşeyi-çeşmlə ey sərvi-səhi baxmaz idim,Hurü qılman ilə dolmuş bu cahan olsa idi.
Maqta — the closing couplet bearing the poet’s pen name. Şaiqa, çoxdan o dildarı gətirmişdin ələ,Naz oxundan sənə bir ləhzə aman olsa idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-qesem-ol-zulfune-ki-elde-bu-can-olsa-idi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Eşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Olmuşam səhra-güzər bir Leyli sevdasında mənOlmuşam səhra-güzər bir Leyli sevdasında mən,Gəşti-Məcnuna yetişdim eşq səhrasında mən.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.