Kolxoz bağında
Baharda, yay çağında,Bizim kolxoz bağındaYaşıllanır ağaclar,Çiçək açıb verir bar.Ağaclara çıxırıq,Dadlı meyvə yığırıq.İşləyirik həvəslə,Oxuyuruq bir səslə.Oğlan, gəlin, qız, kişiBirgə görürük işi.Meyvə artır, bol olur,Hər çeşid məhsul olur.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-kolxoz-baginda
Use ← → keys to move, R for a random poem
More by this author
Salman adlı bir ovçu var idi. Ovçular bir yerə toplananda Salman öz ovçuluq məharətindən uzun-uzadı danışır və onların yanında öyünürdü. Yoldaşları ona çox zaman dodaqaltı gülüb bir söz demirdilər.Bir gün iki ovçu, Heydər ilə Atakişi dovşan ovuna çıxmışdılar. Xeyli axtarışdan sonra qarşılarına zorba bir dovşan çıxdı. Heydər fürsəti fota verməyib cəld dovşanı nişan aldı. Atəşin açılması ilə dovşanın səndələyib yerə yıxılması bir oldu. Dovşanı götürüb getmək istərkən gördülər ki, budur, uzaqdan ovçu Salman gəlir. Atakişi gülə-gülə Heydərə baxdı:
Sözün qiymətiNağılVarlı bir tacirini üç oğlu varmış. Tacir kiçik oğlunu hamısından çox istəyirdi. Böyük qardaşlar paxıllıq edib deyirdilər: “Atamız onu görəsən nəyə görə bizdən çox istəyir? Onun bizdən nəyi artıqdır?”
Timsah ovuGünəş tovuz qanadlarını Nil çayı sahillərinə çətir kimi açmış, quşlar xurma, limon və portağal ağaclarında səhər şənliyinə başlayaraq, budaqdan-budağa atılır, yeni doğmaqda olan günəşi şən nəğmələri ilə salamlayırdı. Səid, oğlu Nail ilə xurma ağaclarının quru budaqlarını kəsib yerə atırdılar. Bu zaman arvadı Zəhra aşağıdan səsləndi:– Səid, qapıya arşın malçı gəlmişdir, pul ver, Naziləyə paltarlıq üçün üç arşın çit alım.
Usta BəxtiyarBir gün öz taleyindən razı olan zalım bir padşah əyanları arasında oturub onun haqqında deyilən təriflərə fərəhlə qulaq asırdı. Qoca vəzirinin bu söhbətlərdə iştirak etmədiyini hiss edincə şahın əhvalı pozuldu, vəzirin bu söhbətlərə münasibətini bilmək məqsədilə soruşdu:– Vəzir, dünyada məndən daha bəxtiyar adam varmı?..
Poems by other poets · Nature and spring
Səcdeyi-həqq oldu çün zümreyi-insanə fərz,Səcdeyi insan olub cümleyi-imkanə fərz.
Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərəkİki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
İnciməsinQədəm qoyub yar bağına gələndəElə gəl, elə get, yol inciməsin.